Kubokda final görüşünün nominal meydan sahibi müəyyənləşdi
Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.
mediasport.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” Futbol Klubunun baş menecer Qədir Həsənov və “Qəbələ” İdman Klubunun meneceri Məhəmməd Əzizli iştirak edib.
Püşkün nəticəsinə əsasən “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmada nominal meydan sahibi “Neftçi” olacaq. Final görüşü iyunun 3-ü, saat 20.00-da start götürəcək.