"Qarabağ"da məşhurlaşmış futbolçu yenidən klubsuz qalıb
Bir neçə il Azərbaycanda çıxış etmiş Haiti milli komandasının sabiq futbolçusu Vild-Donald Gerye yenə klubsuz qalıb.
Mediasport.az xəbər verir ki, ölkəmizdə "Qarabağ"da məşhurlaşmış sol cinah müdafiəçisi bir neçə ay əvvəl müqavilə bağladığı Litvanın "Panejevis" klubundan ayrılıb.
Nizam-intizamda daim problem yaşayan və Baltikyanı ölkə təmsilçisində 1 oyun keçirməyən 34 yaşlı müdafiəçi klubdan göndərilib.
Qeyd edək ki, Gerye Azərbaycanda 2 dönəm "Qarabağ"da (2017-2019, 2020-2021) forma geyinib, bundan başqa, "Neftçi" və "Zirə"də çıxış edib.