Azərbaycan millisi növbəti dəfə Gürcüstan seçməsinə uduzub

Azərbaycan millisi növbəti dəfə Gürcüstan seçməsinə uduzub

Futzal üzrə Azərbaycan milli komandası bu gün növbəti beynəlxalq yoldaşlıq matçına çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız Tbilisidə ikinci dəfə Gürcüstan seçməsi ilə qarşılaşıb.

Vitali Borisovun baş məşqçisi olduğu komandamız bu dəfə də meydandan məğlub ayrılıb.

Qeyd edək ki, futzalçılarımız iki gün əvvəl keçirilən qarşılaşmada da uduzmuşdular (2:3).


Beynəlxalq yoldaşlıq oyunu


Gürcüstan - Azərbaycan 2:1

Hakimlər: Zviad Bliadze, Qoça Taruashvili, Koba Revarişvili.

Tbilisi İdman Sarayı. Saat 19:00

Gürcüstan: 1. Zviadi Kupatatze (q, k), 5. Giorgi Ghavtadze, 7. Şota Topuria, 8. Vaxtanq Kekeliya, 11. Vaxtanqi Jvaraşveli, 12. Beka Tkemaladze (q), 13. Nikoloz Phakadze (q), 3. Beka Bekauri, 4. Giorgi Çimakadze, 6. Janiko Georgia, 9. İrakli Todua, 10. Ronald Mateus Da Silva, 17. Arçil Sebiskveradze, 18. Saba Tkeşelaşvili, 20. Otar Bereçikidze, 77. Jano Kravatsxelia

Baş məşqçi: Avtandil Asatiani.

Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 11. Amir Şojaei, 14. Kənan Manafov, 17. Murad Quluzadə, 12. Rövşən Hüseynli (q), 4. Ülvi Əliyev, 5. İlham Alıyev, 6. Emil Həsənzadə, 8. Novruz Kazıxanov, 9. Fərid Atakişiyev, 10. Oktay Rüstəmli, 20. Tofiq Mikayılov 

Baş məşqçi: Vitali Borisov.