Azərbaycan millisi UEFA İnkişaf Turnirinə məğlubiyyətlə başlayıb
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Mediasport.az xəbər verir ki, yığmamız startda meydan sahiblərinə uduzub - 1:3.
Komandamızın heyətində penaltidən Ayşən Salamzadə fərqlənib.
U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə qarşılaşacaq.