“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi yekunlaşdı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.
mediasport.az xəbər verir ki, Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb.
İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.
Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. Sabah isə 3-cü mərhələ çərçivəsində Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km-lik yol qət edilməlidir.
Qeyd edək ki, velotura ümumilikdə Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan (iki komanda), Almaniya (iki komanda), Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliyanı təmsil edən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb.