Atıcılarımız Bakıdakı Dünya Kubokuna uğursuz start veriblər

Atıcılarımız Bakıdakı Dünya Kubokuna uğursuz start veriblər

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda ilk finalçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışlarında qarışıq komandalar təsnifat mərhələsində mübarizə aparıblar.

Azərbaycanın iki komandası - Nigar Nəsirova ilə Ruslan Lunyovdan ibarət cütlük 568 xalla 21-ci yeri tutub.

565 xal toplayan Leyli Əliyeva ilə Vladislav Kalmıkovdan ibarət komandamız isə 25-ci olub.

27 cütdən 4-ü sabah reallaşacaq həlledici raunda çıxıb.

Türkiyə və Qazaxıstan qızıl, Ukrayna və Çin bürünc medal uğrunda mübarizə aparacaq.