Millimiz UEFA İnkişaf Turnirində Belarus yığması ilə qarşılaşır

Millimiz UEFA İnkişaf Turnirində Belarus yığması ilə qarşılaşır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, komandamız Bakı vaxtı ilə saat 19:00-da ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.