İdmançımız "Prezident Kuboku-2024" də qızıl medal qazanıb

İdmançımız "Prezident Kuboku-2024" də qızıl medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.

Mediasport.az xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə Azərbaycan avarçəkəni Əlimurad Hacızadə birnəfərlik kayak qayığı ilə 500 metr məsafəni hamıdan tez qət edərək qızıl medal qazanıb.

Reqatanın Suqovuşan mərhələsində isə Azərbaycanın digər avarçəkəni Amil Ramazanov (2006-2007) birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda üçüncü olub.