Millimizin futbolçusu Bolqarıstan klubu ilə müqavilə bağladı - FOTO
Ötən mövsümü icarə əsasında "Şamaxı"da çıxış edən Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda tibbi müayinədən keçib.
mediasport.az xəbər verir ki, 20 yaşlı müdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Hüseynovun Bolqarıstan təmsilçisi ilə üç illik müqavilə imzalayayıb. Qeyd edək ki, Cəlal 2020-ci ildən "Zirə"nin futbolçusudur.