Azərbaycan Premyer Liqasının və klubların qiyməti artdı - 71,4 milyon
Futbol üzrə Azərbaycan Premyer Liqası və klubların dəyəri açıqlanıb.
mediasport.az xəbər verir ki, "Transfermarkt"ın yenilədiyi son siyahıda çempionatımızın qiyməti artıb.
Azərbaycan Premyer Liqasının ümumi dəyəri 71,4 milyon avrodur. Əvvəlki götərici 67,9 milyon avro idi.
Qiymətin 1/5 hissəsi "Qarabağ"ın payına düşür - 14,45 milyon avro. 2-ci sırada "Sabah" (9,68 milyon avro), 3-cü yerdə "Neftçi" (8,95 milyon avro) qərarlaşıb.
Ümumi sıralama belədir:
1. "Qarabağ" - 14,45 milyon avro
2. "Sabah" - 9,68 milyon avro
3. "Neftçi" - 8,95 milyon avro
4. "Zirə" - 8,4 milyon avro
5. "Qəbələ" - 6,5 milyon avro
6. "Turan Tovuz" - 5,98 milyon avro
7. "Sumqayıt" - 4,93 milyon avro
8. "Səbail" - 4,85 milyon avro
9. "Kəpəz" - 4,08 milyon avro
10. "Şamaxı" - 3,6 milyon avro