1-ci Liqada PÜŞK atıldı - Yarışın start götürəcəyi tarix açıqlandı

1-ci Liqada PÜŞK atıldı - Yarışın start götürəcəyi tarix açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılıb.

Mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə ilk turun cütləri açıqlanıb.

Sentyabrın 11-də start götürəcək yarışda 10 komanda üç dövrədə mübarizə aparacaq.


Azərbaycan 1-ci Liqası. 1-ci tur


“Difai Ağsu” – “Cəbrayıl”

“İmişli” – “Baku Sportinq”

MOİK – “Mingəçevir”

“Karvan” - “Qaradağ Lökbatan”

“Qəbələ” – “Zaqatala”