Azərbaycana gələn portuqaliyalıdan ilk paylaşım: "Yeni səhifə başlayır"

Azərbaycana gələn portuqaliyalıdan ilk paylaşım: "Yeni səhifə başlayır"

"Səbail"in yeni transferi Pedro Nuno Azərbaycana gəlişi haqda paylaşım edib.

MediaSport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi paylaşımında "Yeni səhifə başlayır. Daha yaxşı şeylər etmək üçün işləmək vaxtıdır. İrəli, "Səbail"! - qeydini yazıb.

Xatırladaq ki, Bayıl təmsilçisi 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.