"Kəpəz"də yeni hücumçu

"Kəpəz"də yeni hücumçu

"Kəpəz"in yeni hücumçusu Adama Niane komandaya qoşulub.

Mediasport.az xəbər verir ki, malili forvard hazırda Gəncədədir.

30 yaşlı hücumçu komanda ilə ilk məşqinə də çıxıb.

2017-ci ildən Mali yığma komandasına dəvət alan Nianenin zəngin klub karyerası olub. 7 dəfə millinin şərifini qoruyub.

O, Fransada "Nant", "Trua", "Soşo", "Dünkerk", Belçikada "Şarlerua", "Ostende klublarında forma geyinib.

Son mövsümü İranda keçirib. Mazandaranın "Nassaj" komandasında 23 oyuna qol vurmayıb.