"Makkabi" "Sabah"la görüşdə meydana məşq etmədən çıxacaq

"Makkabi" "Sabah"la görüşdə meydana məşq etmədən çıxacaq

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Sabah”ın qonağı “Makkabi”nin (İsrail) Bakıdakı məşqi ləğv olunub.

Mediasport.az xəbər verir ki, səbəb Hayfa klubunun Bakıya səfərinin gecikməsidir.

İsrail təmsilçisi Azərbaycana nəzərdə tutulandan 3 saat gec çatacaq.

Qarşılaşma sabah saat 20:00-da Masazır stadionunda keçiriləcək.

Təmsilçimiz ilk dueldə inamlı qələbə qazanıb - 3:0.