Renat oynayıb, komandası inamlı qələbə qazanıb - Superliqa
Futbol üzrə Türkiyə Superliqasında 24-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Fatih Karagümrük"lə qarşılaşıb (3:1). Dadaşov oyuna 90-cı dəqiqədə daxil olub.
Ardıcıl ikinci qələbəsini qazanan Hatay təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 28 xalla 12-ci pillədə qərarlaşıb.
Turun digər oyunları 3 və 4 fevralda keçiriləcək.
Türkiyə Superliqası. 24-cü tur
"Hatayspor" - "Fatih Karagümrük" 3:1