Azərbaycandan ayrılan "Sportinq"in futbolçusu 3-cü liqa klubuna keçdi
"Sumqayıt"a mövsümün əvvəlində transfer edilib qış fasiləsində yola salınan Filipe Şabi keçmiş klubu "Belenenseş"ə qayıdıb.
mediasport.az xəbər verir ki, 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan komanda ilə müqavilə bağlayıb.
"Belenenseş"də 2017/2018-ci illər mövsümündə çıxış etmiş Şabi Azərbaycana icarə əsasında oynadığı "Nasyonal"dan (Madeyra) gəlmişdi. Transfer hüququ "Sportinq"ə məxsus idi.