“Turan Tovuz”dan “sülh”

“Turan Tovuz”dan “sülh”

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Turan Tovuz" yoxlama oyunu keçirib.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi "Araz Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, dünən "Sumqayıt" da "Zirə" ilə yoxlama oyunu keçirib. "Kimyaçılar" həmin qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.