Yığma komandamız Avropa Superfinalında B divizionuna düşüb

Yığma komandamız Avropa Superfinalında B divizionuna düşüb

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.

Mediasport.az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçisi olduğu yığma komandamız İtaliyanın Algero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutub.

Komanda bununla A divizionunu tərk edib.

Futbolçularımız son oyunu Moldova seçməsinə qarşı keçiriblər. Matçın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb və rəqib penaltilər seriyasında daha dəqiq olub - 4:1.