Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək şahmatçılar məlumdur
İyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak üçün bəzi idman federasiyaları artıq rəsmi ərizə ilə müraciət edib.
mediasport.az xəbər verir ki, iyunun 19-da oynanılacaq şahmat yarışı ilə əlaqədar bəzi federasiyalar kimi, Azərbaycan Şahmat Federasiyası da artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib.
Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək. Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.