AFFA 2 məşqçini cəzalandırdı
AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda çalışan iki məşqçini cəzalandırıb.
Mediasport.az xəbər verir ki, bunan səbəb onların davranışları olub.
Gənclər Liqasında keçirilən "Dinamo" - "Sabah" oyununda birincilərin köməkçi məşqçisi Qüdrət Ələsgərov meydana daxil olub və hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alıb. AFFA bu hərəkətə görə məşqçini 2 oyunluq cəzalandırıb.
U-14 Liqasında keçirilən "Sumqayıt City" - "Uğur" matçında isə nominal qonaqların çalışdırıcısı Rəşid Ağazadə hakimə kobud şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. İntizam Komitəsi onu da 2 matçlıq diskvalifikasiya edib.