Avropa çempionatı: Güləşçilərimiz son gündə daha 3 medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə daha 3 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, İsmayıl Rzayev (82 kq) ikinci, Tural Əhmədovla (60 kq) Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, qitə birinciliyində yunan-Roma güləşçilərimizdən bunadək Məhəmməd Şükürzadə (63 kq) bürünc medal əldə etmişdi.