Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununu idarə edəcək

FİFA referisi Rauf Cabarova UEFA-dan yeni təyinat gəlib.

MediaSport.az xəbər verir ki, həmyerlimiz UEFA Konfrans Liqasının ı təsnifat mərhələsi çərçivəsində Albaniyada keçiriləcək "Vlajniya" - “Linfild” (Şimali İrlandiya) komandaları arasında cavab oyununu idarə edəcək.

Yan xətt hakimləri qismində Namik Hüseynov və Cavanşir Yusifov olacaqlar. 4-cü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qarşılaşma iyulun 20-də oynanılacaq və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.