"Sumqayıt"ın Türkiyədə ilk oyunu Superliqa komandasına qarşı olacaq

"Sumqayıt"ın Türkiyədə ilk oyunu Superliqa komandasına qarşı olacaq

2023/24-cü illər mövsümü üçün hazırlıqlarını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" sabah qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Klubdan "MediaSport"a verilən məlumata görə, Samir Abasovun komandası Türkiyə Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək.

"Yüksek İrtifa" məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.