Paralimpiya çempionumuz Lamiyə Vəliyeva dünya rekorduna imza atdı

Paralimpiya çempionumuz Lamiyə Vəliyeva dünya rekorduna imza atdı

Azərbaycan atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paralimpiya üzrə dünya çempionatına uğurlu start verib.

MediaSport.az xəbər verir ki, paralimpiya çempionumuz 100 metr məsafəyə qaçışda yarımfinal mərhələsində bütün rəqiblərini geridə qoyub.

21 yaşlı idmançımız məsafəni 11,89 saniyəyə qət edib ki, bu, dünya çempionatlarının rekordudur. Finala çıxan Vəliyeva 400 metr məsafədə də qüvvəsini sınayacaq.

Qeyd edək ki, sprinter Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə qızıl medal qazanıb.