Efiopiyalı atlet yeni dünya rekordunu müəyyənləşdirib
Efiopiyalı atlet Qudaf Tseqay ABŞ-da keçirilən Brilyant Liqasının finalında yeni dünya rekordunu müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, 26 yaşlı idmançı bu uğura qadınlar arasında 5000 metr məsafəyə qaçış yarışında nail olub.
İkiqat dünya çempionu məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək qızıl medal qazanıb. Bundan əvvəlki dünya rekordu keniyalı Faith Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus idi.
Tseqay 2020 Tokio Olimpiadasının bürünc mükafatçısıdır.