Azərbaycanlı mütəxəssis Superliqa klubunun baş məşqçisi oldu
"Sivasspor"un yeni baş məşqçisinin kimliyi açıqlanıb.
MediaSport.az xəbər verir ki, Superliqa klubunu Azərbaycan əsilli mütəxəssis Sərvət Çətin çalışdıracaq.
2019-cu ildən "Sivasspor"da köməkçi-məşqçi funksiyasını yerinə yetirən Türkiyə milli komandasının 42 yaşlı veteran futbolçusu rəsmən ictimaiyyətə təqdim edilib.
Bu, 2017-ci ildən məşqçi kimi çalışan Sərvətin ilk baş məşqçiliyi olacaq. O, "Antalyaspor"un akademiyasında, "Trabzonspor" və "Konyaspor" klublarında köməkçi kimi çalışıb.
Qeyd edək ki, 1981-ci ildə İğdırda anadan olmuş Sərvət Çətin uzun illər qabaq Türkiyəyə köç etmiş azərbaycanlı ailəsində dünyaya göz açıb.