"Bizim məqsədimiz heç kimdən çəkinməməkdir" - Azər Bağırov

"Bizim məqsədimiz heç kimdən çəkinməməkdir" - Azər Bağırov

"Hər birinizi bayram münasibətilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Üçrəngli bayrağımız daim dalğalansın".

Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 13-cü turunun "Sabah"la səfər matçı haqqında təəssüratlarını bölüşüb.

O, qarşılaşmanın çətin keçdiyini qeyd edib:

"Gərgin oyun oldu. Düşünürəm ki, ikinci hissədə fərqli oyun oynadıq. Son 15 dəqiqə gərgin keçdi.

Oyunu qazanmaq istəyirdik. Heç-heçəni belə düşünmürdük. Komandada daim qələbə ruhu yaşatmaq istəyirəm.

Qələbə istəyəcəksənsə, heç-heçə sənin olacaq. Döyüşkənliyi meydanda ortaya qoymadıqda rəqib həmişə üstünlüyü ələ keçirəcək.

Buna görə də bizim birinci amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir".

Xatırladaq ki, Gəncə təmsilçisi səfərdə 2:2 hesablı bərabərlik əldə edib.