"Murov" qələbə ilə başladı
!["Murov" qələbə ilə başladı](https://mediasport.az/uploads/images/202210/image_750x_63503056c8df7.jpg)
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda mübarizəyə başlayıb.
mediasport.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gəlib.
Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşmada Azərbaycan təmsilçisinin 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda keçiriləcək.