"Azərsun Arena"da futbolçular arasında insident, polis ayırdı - VİDEO

"Azərsun Arena"da futbolçular arasında insident, polis ayırdı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ” – “Sumqayıt” (1:2) matçından sonra insident yaşanıb.

mediasport.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Ramil Şeydayevlə "Sumqayıt"ın makedoniyalı müdafiəçisi Todor Todoroski arasında gərginlik olub. Mühafizəçilər, polis və futbolçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.