Bakıdan ayrılan futbolçu 3-cü Liqa klubu ilə müqavilə bağladı
Ötən mövsümü "Səbail"in heyətində keçirmiş Franko Mazurek İsraildə oynayacaq.
Mediasport.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi bu ölkənin 3-cü Liqasında mübarizə aparan "İroni" klubu ilə müqavilə bağlayıb.
Tiberias təmsilçisi 29 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb. Mazurek "Səbail"dən başqa, "Boka Xuniors", "Palestino", "Kolon", "Levski", AEL(Limassol) klublarında çıxış edib.