Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Böyük Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarının reytinq cədvəlini yeniləyib.

Mediasport.az xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda Bakı Olimpiya Stadionu da var.

2015-ci ildə istifadəyə verilən 69 min 870 nəfərlik arena 41-ci pillədə qərarlaşıb.

Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıq edir.

İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb.

İlk "üçlüy"ü isə Almaniyanın “Borussiya" (Dortmund) komandasına məxsus "Siqnal İduna Park" qapayır.