İsayev 50-yə çatdı

İsayev 50-yə çatdı

Məqsəd İsayev “Qəbələ”də yubiley - 50-ci oyununu keçirib.

mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın 16-cı turunun "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyunda reallaşıb.

28 yaşlı müdafiəçi 50 oyuna 4 qol vurub. O, Premyer Liqada 43 (3 qol), Azərbaycan kubokunda 5 (1 qol), avrokuboklarda 1 dəfə şans qazanıb. İsayev klub tarixinə 50 və daha çox matça çıxan 54-cü oyunçu kimi düşüb.

Müdafiəçi “Qəbələ”də 2021-ci il avqustun 15-də debüt edib. “Neftçi”yə qarşı səfərdə keçirilən çempionat matçında (2:2) meydana çıxıb.