Cəlal Hüseynovun komandası doğma azarkeşlər önündə xal itirib

  Cəlal Hüseynovun komandası doğma azarkeşlər önündə xal itirib

Futbol üzrə Bolqarıstan çempionatında 26-cı turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" da növbəti oyununu keçirib.

Onlar doğma azarkeşlər önündə "Krumovqrad"la qarşılaşıblar - 1:1.

Cəlal bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Arda" 26 turdan sonra 36 xalla 7-ci pillədə qərarlaşıb.