Azərbaycan klubu "Sent-Etyenn"in yetirməsini baxışa gətirdi
Yay hazırlıqlarını davam etdirən "Turan Tovuz" Fransadan baxışa futbolçu çağırıb.
MediaSport.az saytına verilən məlumata görə, bu, 22 yaşlı mərkəz hücumçusu Yoan Qrekodur.
2001-ci il təvəllüdlü italyan əsilli fransız forvard Lionda anadan olub, "Sent-Etyenn"in yetirməsidir. Buradan İngiltərəyə - "Derbi" klubuna yollanıb. Gənc futbolçu Britaniya təmsilçisinin U-18 və əvəzedici komandalarında çıxış edib. Son klubu ölkəsində 3-cü Liqa təmsilçisi "Fer" olub.
Tovuz klubunda 2 gündür baxışda olan Qreko dünən "Araz Naxçıvan"la keçirilən yoxlama matçında meydana çıxıb. Məşqçilər korpusunun rəyi hələlik müsbət olsa da, yekun qərar verməyə tələsmirlər.