Bəhlul Mustafazadə: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

Bəhlul Mustafazadə: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Frayburq"la qarşılaşacaq.

mediasport.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə açıqlama verib:

"Bu oyunun əhəmiyyətini başa düşürük. Ona görə də biz futbolçular matça ciddi hazırlaşırıq. "Frayburq" çox güclü komandadır. Rəqibin güclü olmasında baxmayaraq, sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq".