Yığma albanlara uduzub

Yığma albanlara uduzub

Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Mediasport.az xəbər verir ki, yerli yığma ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub.

Tərəflər arasında növbəti oyun sabah baş tutacaq.