Zaqreb "Dinamo"su Mahir Emrelini siyahıdan silib... - VİDEO

Zaqreb "Dinamo"su Mahir Emrelini siyahıdan silib... - VİDEO

Futbol üzrə Xorvatiya Superliqasında 19-cu tur sona çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) evdə "Hayduk"la qolsuz heç-heçə edib.

27 yaşlı forvard bu dəfə də oynamaq şansı qazanmayıb.

Aktivində 34 xal olan "Dinamo" ölkə çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və lider "Hayduk"dan 7 xal geri qalır.

Xorvatiya Superliqası. 19-cu tur

"Dinamo" (Zaqreb) - "Hayduk" 0:0