AFFA-da gələn mövsüm üçün yeni komandaların qeydiyyatı başlandı

AFFA-da gələn mövsüm üçün yeni komandaların qeydiyyatı başlandı

AFFA yeni mövsüm üçün komandaların qeydiyyatına start verib.

Mediasport.az xəbər verir ki, bu gündən etibarən U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasında iştirak etmək istəyən yeni komandaların qeydiyyat mərhələsi başlanıb.

Liqalara qoşulmaq istəyən yeni komandalar avqustun 12-dək assosiasiyaya müraciət edə bilərlər.