"Qarabağ" tək komandadır, Andrade və Romao diqqət mərkəzində
UEFA Avropa Liqasının təsnifat mərhələsinin statistik göstəriciləri açıqlanıb.
mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" turnirin ən çox qol vuran komandaları arasında yer alıb.
Qurban Qurbanovun komandası 3 oyuna rəqib qapılarından 6 top keçirib. Ağdam təmsilçisi bu göstərici ilə siyahıda 5-ci pillədə qərarlaşıb.
Komandamız hər 3 oyunu qələbə ilə başa vurub ("Helsinki" 2:1, 2:1, “Olimpiya” 2:0) ki, bu, cari yarışın 3-cü raundu və pley-off mərhələsində yeganə göstəricidir.
3 matçda 2 qol vuran “atlıları"ın yarımmüdafiəçisi Leandro Andrade isə bombardirlər siyahısına düşüb. Braziliyalı eyni göstəriciyə malik “Şerif”in futbolçusu Devid Ankeye ilə 4-5-ci yerləri bölüşdürür.
"Qarabağ"ın digər yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ən çox qayda pozuntusuna yol verən oyunçulardandır. "Sambaçı" üç görüşdə 6 dəfə rəqiblərinə qarşı kobud oynayıb, 2 dəfə sarı vərəqə alıb. Roamo yalnız "Dnepr-1"dən Babenkodan geri qalır.