"Qarabağ" Belarusa yollanır: Minskdə BATE ilə qarşılaşacaqlar
"Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası "Bizim gələcəyimiz" adlı beynəlxalq turnirdə iştirak edəcək.
Mediasport.az xəbər verir ki, "köhlən atlar" Minskdə keçiriləcək yarışda 7-10 fevral aralığında Belarus və Rusiyadan olan həmyaşıdları ilə mübarizə aparacaqlar.
16 komanda 4 qrup üzrə yarışacaq. "Qarabağ" yerli "Bate", həmçinin, Rusiyanın "Zvezda", "Olimpik" kollektivləri ilə B qrupunda birincilik uğrunda gücünü səfərbər edəcək.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. 2-3-cü yerlərin sahibləri medallarla təltif ediləcəklər. Eyni zamanda, turnirin ən yaxşı futbolçularına da mükafat təqdim ediləcək. Qarşılaşmaların hər hissəsi 20 dəqiqədən ibarət olacaq.
Xatırladaq ki, "Qarabağ"ın U-15 komandasının yeni baş məşqçisi Vüqar Əsgərlidir.