"Beşiktaş" rəhbərliyi "Qarabağ"ın futbolçusu üçün Bakıya gəlir
"Qarabağ"ın hücumçusu Olavio Juninyonu transfer etmək qərarında qəti olan "Beşiktaş" keçidi tezliklə rəsmiləşdirmək istəyir.
Mediasport.az xəbər verir ki, İstanbul klubunun rəsmiləri yaxın günlərdə bu məqsədlə Bakıya səfər edəcəklər.
Türkiyə mətbuatı yazır ki, klubun idman direktoru Samet Aybaba braziliyalı forvardın transferi üçün Ağdam təmsilçisinin rəhbərliyilə üz-üzə danışacaq.
Xatırladaq ki, Türkiyə mətbuatında "köhlən atlar"ın 27 yaşlı "sambaçı" 8 milyon avroya satmağa razı olduğu yazılıb.
"Qara qartallar"ın rəhbərliyinin ölkəmizə səfəri bu məbləği bir qədər azaltmaq xarakteri daşıyır.