"Beşiktaş"ın yetirməsi Azərbaycan klubu ilə 1 illik müqavilə bağladı
U-19 və U-21 milli komandalarımızın keçmiş yarımmüdafiəçisi Ege Atlam karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
mediasport.az saytına verilən məlumata görə, ötən mövsüm "Araz-Naxçıvan"ın heyətində Birinci Divizionda çıxış etmiş 24 yaşlı futbolçu yeni yaradılmış Azərbaycan I Liqasında forma geyinəcək.
"Beşiktaş"ın yetirməsi iddialı olmağı hədəfləyən "İrəvan"la 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Ege daha əvvəl "Beşiktaş"ın aşağı yaş qrupları üzrə komandalarında, həmçinin "Bayrampaşaspor" və "Çatalcaspor" klublarında oynayıb.