Azərbaycan birinciliyi başlandı

Azərbaycan birinciliyi başlandı

Gənclər arasında boks üzrə Azərbaycan çempionatına start verilib.

mediasport.az xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 215 oğlan boksçusu qatılıb. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanıb. Qaliblərin adına dekabrın 22-də aydınlıq gələcək.

Bununla yanaşı, yeniyetmə və gənc qızlar, həmçinin qadın boksçular arasında da ölkənin ən güclüsü bəlli olacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.