Gimnaziadada Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlandı

  Gimnaziadada Azərbaycanı təmsil edəcək idmançıların sayı açıqlandı

Oktyabrın 23-31-də Bəhreyndə keçiriləcək Gimnaziadada Azərbaycanı 160 idmançı təmsil edəcək.

Mediasport.az xəbər verir ki, oyunlar 10 gün ərzində keçiriləcək və 25 idman növü üzrə 80-dən çox ölkədən 5 min məktəbli iştirak edəcək.

Atletika, üzgüçülük, gimnastika, basketbol, boks, taekvondo, karate, cüdo, stolüstü tennis, badminton, tennis, həndbol, voleybol, idman rəqsi, şahmat, nizə atma, dart və paralimpiya üzrə yarışların keçirilməsi üçün 14 arena ayrılıb.

Gimnaziada bütün dünya məktəbliləri üçün kiçik Olimpiya Oyunları hesab olunur.