"Səbail"dən ikinci transfer

"Səbail"dən ikinci transfer

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail" daha bir futbolçunun transferini həyata keçirib.

mediasport.az saytına daxil olan məlumata görə, Bayıl klubu "Sumqayıt"dan ayrılan daha bir futbolçu - Rüfət Abdullazadə ilə danışıqları müsbət istiqamətdə yekunlaşdırıb.

22 yaşlı yarımmüdafiəçi ilə sabah rəsmi müqavilə bağlanacaq. "Dənizçilər" bir neçə gün əvvəl "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmış Süleyman Əhmədovu da heyətinə qatıb.