Yığmamız Avropa çempionatında növbəti dəfə məğlub olub - 0:4
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II turunun B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, yığmamız Sloveniyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Millimiz növbəti dəfə böyük hesabla məğlub olub - 0:4.
İlk matçda Bolqarıstana 1:6 hesabı ilə uduzan U-17-nin qrupda son görüşü martın 20-də Moldova seçməsinə qarşı olacaq.