Musa Qurbanlı suallara aydınlıq gətirdi - "Yurqorden"dən ayrıldı?!
Ötən yay İsveç təmsilçisi "Yurqorden”lə 3 illik müqavilə bağlayan Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı klubu ilə vidalaşmaq üzrədir.
Mediasport.az xəbər verir ki, son oyunlarda adı, ümumiyyətlə, iştirak ərizəsinə salınmayan gənc forvard komandanı tərk edəcəyinə sosial şəbəkə hesabında işarə vurub.
O, Stokholm klubunu izləmədən çıxarıb. Hücumçu “Yurqorden”də çıxış etməsi ilə bağlı məlumatı da profilindən silib.
Qeyd edək ki, 22 yaşlı Qurbanlı İsveçdə 15 oyuna 2 qol vurub.