Daha bir klub elitaya çıxdı
2023-2024-cü illər mövsümündə İtaliya "A" Seriyasında çıxış edəcək klublardan biri müəyyənləşib.
mediasport.az xəbər verir ki, Dünya çempionu, İtaliya millisinin keçmiş üzvü Fabio Qrossonun baş məşqçisi olduğu "Frosinone" sona 3 tur qalmış elitaya vəsiqəni təmin edib.
Bu, 35-ci turun "Reccina" ilə ev görüşündə qeydə alınıb. Qrossonun komandası 71 xalla turnir cədvəlinin lideridir. Ən pis halda ikinci pilləni tutacaq. 3-cü pillədə qərarlaşan "Bari"ni 10 xal qabaqlayırlar.
"Frosinone" tarixi əzrində "A" Seriyasında iki dəfə - 2015/2016 və 2018/2019-cu illər mövsümündə oynayıb.