İspan klubu gürcünü aldı

İspan klubu gürcünü aldı

"Valensiya" Tbilisi "Dinamo"sundan icarəyə götürdüyü qapıçı Giorgi Mamardaşvilinin transfer məsələsini həll edib. MediaSport.az xəbər verir ki, "yarasalar" 21 yaşlı qolkiperin transfer hüququnu alıblar.

Gürcüstan millisinin üzvü ilə 5 illik müqavilə bağlanıb. İspaniya təmsilçisinin heyətində ötən ilin iyunundan çıxış edən qapıçı 21 görüşdə meydana çıxıb.