"Traktor"dan mühüm qələbə

"Traktor"dan mühüm qələbə

İran çempionatında 7-ci turun görüşləri oynanılıb. MediaSport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə yarışın lideri “Persepolis”lə qarşılaşıb.

Təbriz komandası əbədi və əzəli rəqibi üzərində vacib qələbə qazanaraq lidelər qrupuna bir qədər də yaxınlaşıb - 1:0. Qələbə topunu 75-ci dəqiqədə Məhəmməd Abbaszadə vurub.

“Traktor” qələbə sayəsində xalını 11-ə çatdıraraq 5-ci pilləyə yüksəlib, liderdən cəmi 3 xal geri qalır.